Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orxan İşık "Kəpəz"i ziyarət edib.
Sportarena.az xəbər verir ki, Orxan İşık və konsulluğun əməkdaşları klubun icraçı direktoru Mehman Allahverdiyevlə görüşüb.
Klub rəsmisi qonaqlara “Kəpəz”in tarixi, nailiyyətləri və Azərbaycan Premyer Liqasının cari mövsümdəki çıxışı barədə məlumat verib.