Premyer Liqanın cari mövsümünün ən uğursuzlarından olan "Neftçi"də ciddi maliyyə çatışmazlığı mövcuddu. Sportarena.az "Sportinfo.az"a istinadən xəbər verir ki, əsas komanda 5 aya yaxındı əməkhaqqı almır.
Futbolçular bununla bağlı rəsmilərlə görüşüb, maddi vəziyyətin onları sıxdığını, toparlanmağa çətinlik çəkdiklərini bildiriblər.
Cavab nə olub? Hələlik quru vəddən başqa bir şey yoxdu: "Gözləyin, yaxın günlərdə, klubun hesabına pul köçürüləcək".