Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında Avropa futbol qurumunun "FAIR PLAY" və Sosial Məsuliyyət Komitəsinin iclası keçiriləcək.
Sportarena.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi, adıçəkilən komitənin sədrinin 2-ci müavini Elxan Məmmədov da iclasda iştirak edəcək.