"Qrupda vəziyyət daha da ağırlaşdı" - "Monako" rəsmisi

19:01 6 Noyabr 2015

"Bizi belə qarşıladıqlarına görə “Qarabağ” klubuna təşəkkür edirəm. Şəhərinizi gəzdik və çox bəyəndik. Burada çox gözəl şəhərlə tanış olduq və yaxşı atmosferlə qarşılaşdıq. Sevindirici haldır ki Azərbaycanda belə bir klub var".


Sportarena.az xəbər verir ki, bu sözləri "Monako"nun vitse-prezidenti Vadim Vasilyev Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la 1:1 bərabərə qaldıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

 

"Çox maraqlı oyun alındı. Qolun necə vurulduğunun fərqi yoxdur. Əsas odur ki, Fransaya bir xalla dönürük. “Qarabağ” həm səfərdə, həm də Bakıdakı görüşdə çox gözəl oyun göstərdi. İlk oyunda komandamıza məğlub olsalar da, yaxşı mübarizə apardılar. "Qarabağ" bu oyunda daha güclü idi. Çünki öz azarkeşləri özündə oynayırdılar və bu onlara əlavə üstünlük verirdi. Bu heç-heçədən sonra qrupda vəziyyət daha da ağırlaşdı. Çünki hər bir komandanın qrupdan çıxmaq şansı var. “Qarabağ” da qrupdan çıxa bilər".


Digər xəbərlər

Xəbər xətti