UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun oyunlarının rəmzi komandasını elan edib. Sportarena.az xəbər verir ki, rəmzi komandada aşağıda adları qeyd olunan futbolçular yer alıb:
Qapıçı: Canluici Buffon ("Yuventus")
Müdafiəçilər: Kris Smollinq ("Mançester Yunayted"), David Alaba ("Bavariya"), Naço ("Real" Madrid), Ştefan Lixtştayner ("Yuventus")
Yarımmüdafiəçilər: Villian ("Çelsi"), Rahim Sterlinq ("Mançester Siti"), Sven Kums ("Gent")
Hücumçular: Felipe Pardo ("Olimpiakos"), Tomas Müller ("Bavariya"), Neymar ("Barselona")