"Xəzər Lənkəran" itkilərlə hazırlaşır: əsas heyətin 5 futbolçusu yoxdur

00:51 7 Noyabr 2015

Premyer Liqanın XII turu çərçivəsində noyabrın 8-də doğma meydanda “Qarabağ”ı qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.
 
Sportarena.az xəbər verir ki, komanda noyabrın 6-da növbəti məşqini keçirib. Saat 16:00-da stadionun ehtiyat meydançasında başlayan və bir saatdan çox sürən hazırlıq prossesində cəmi 11-futbolçu iştirak edib.
 
Belə ki, ayağında ağrılar hiss edən İlyas Səfərzadə meydandan kənarda durmalı olubsa, ağır zədə sonrası əməliyyat olunacaq Orxan Əliyev və Manuel Skarlatake ümumiyyətlə komandadan uzaqdadırlar,  Elnur Cəfərov isə 19 yaşadək futbolçulardan ibarət milli komandanın düşərgəsinə çağrılıb. Elə zədəsini  sağaltmaq üzrə olan Rasim Ramaldanov da fərdi məşqlə kifayətlənməli olub. (12cioyuncu.info)


Digər xəbərlər

Xəbər xətti