Təmsilçimizin keçirəcəyi oyunun fit sahibi məlum olub

12:14 7 Noyabr 2015

 Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının onaltıdabir final mərhələsinin cavab oyununu Bakıda keçirəcək.

 

Noyabrın 10-da Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq görüşdə komandamız Rumıniyanın “Tarqoviste” klubunu qəbul edəcək.

 

Artıq oyunun hakimləri müəyyənləşib. Görüşü bolqarıstanlı Lyubomir Sirakov və rusiyalı Kirill Nesterenko idarə edəcəkdir.

 

Qeyd edək ki, komandalar arasında Rumıniyada təşkil olunan oyunda “Azəryol” 2:3 hesabı ilə məğlub olmuşdu. 


Digər xəbərlər

Xəbər xətti