"Qremio"nun futbolçusu Luan Vieyra Madrid "Real"ının maraq dairəsinə düşüb. Bu barədə "El Mundo Deportivo" nəşri xəbər yayıb.
Braziliya millisinin 22 yaşlı forvardının transfer dəyəri 15 milyon avro ilə qiymətləndirilir. Onu ölkəsində yeni Neymar adlandırırlar.
Luan bu mövsüm Braziliya çempionatının 28 oyununda 8 qol vurub.