19 yaşadək futbolçular arasında Avropa çempionatının Bakıda keçiriləcək seçmə mərhələsində çıxış edəcək Ukrayna yığması bu yarış üçün heyətini açıqlayıb. Sportarena.az xəbər verir ki, ukraynalılar ölkəmizə 20 futbolçu ilə gələcək.
Qapıçılar: Andrey Marçuk (“Volin”), Vladimir Maxankov (“Dinamo”);
Müdafiəçilər: Boqdan Mixaylіçenko (“Dinamo”), Dmitri Şevçenko, Yaroslav Fursov (hər ikisi “Şaxtyor”), Vasil Kravets, Vladimir Senitsya (hər ikisi “Karpatı”), Svyatoslav Şapovalov (“Dnepr”);
Yarımmüdafiıəçilər: Aleksandr Pіxalyonok, Andrey Korobenko (hər ikisi “Şaxtyor”), Aleksandr Timçik, Vladimir Şepelєv (hər ikisi “Dinamo”), Aleksey Qutsulyak (“Karpatı”), Yurі Vakulko (“Dnepr”);
Hücumçular: Aleksey Hebetun, Rostislav Taranuxa (hər ikisi “Dinamo”), İlya Markovski (“Çernomorets”), Denis Balanyuk, Artyom Dovbik (hər ikisi “Dnepr”), Marian Şved (“Sevіlya”, İspanіya).
Qeyd edək ki, seçmə oyunları noyabrın 10-15-də keçiriləcək.