"Futbolçulara demişdim ki..." - Tərlan Əhmədov

19:55 7 Noyabr 2015

"Açığı, oyunun gərgin keçəcəyini bilirdik. Futbolçulara demişdim ki, “Qarabağ”la oyundan daha çətin bir görüşə çıxırıq. Məqsədimiz 3 xal qazanmaq idi, amma bir xal əldə etdik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. O, Premyer Liqanın XII turunda "Kəpəz"lə 1:1 hesablı heç-heçəyə şərh verib:

 

"Gəncə klubu ikinci hissədə daha yaxşı futbol nümayiş etdirdi. Deməliyəm ki, futbolçular mənim tapşırıqlarımın çoxunu yerinə yetirə bilmədi".


Digər xəbərlər

Xəbər xətti