Premyer Liqanın XII turunda səfərdə AZAL-ın qonağı olan "Kəpəz" qələbəni əldən verib. Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Şahin Diniyev 1:1 hesabı ilə başa çatan oyun haqda fikirlərini açıqlayıb:
"Oyuna görə komandama hər hansı bir etirazım yoxdur. Futbolçularım ikinci hissədə üstün oynadılar. Komandamın oyunu ilə fəxr edirəm. “Kəpəz” bu tur ən yaxşı ikinci hissəsini sərgilədi. İlk hissədən belə oynamalı idilər. Qarşıda hələ çox oyun var, gələcəyə nikbin baxıram".