“Komandadan çox razıyam, qələbəyə görə şadam. Zirədə futbol adına hər bir şey vardı. Düşünürəm ki, maraqlı bir görüş alındı".
Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 12-ci turunda "Sumqayıt"a 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
"Biz “Sumqayıt”la oyuna çox yaxşı hazırlaşmışdıq. Aqressiv rəqiblə matçda 3 xal əldə edə bildik. “Sumqayıt”ın son oyunlarını analiz etmişdik. Rəqib ilk dəqiqədə qollar vurmağı bacarır. Ona görə də matçın ilk dəqiqələrində ehtiyatlı oyuna üstünlük verdik” - deyə o bildirib.