Samir Abasov: "Nəsə başqa şeylər danışacağımdan qorxuram"

22:03 7 Noyabr 2015

Azərbaycan Premyer Liqasının XII turu “Zirə” üçün uğurlu alındı. Qəsəbə təmsilçisi “Sumqayıt”ı 3-2 hesabı ilə məğlub etdi. 

Samir Abasov (“Sumqayıt”ın baş məşqçisi): “Çox gərgin oyun alındı, qarışıq hisslərim var,  nəsə başqa şeylər danışacağımdan qorxuram. 5 qolun vurulduğu oyunda məğlub olduq. Açığı, bu oyunda qalib gəlməyi çox istəyirdim. “Zirə” “Sumqayıt”ın dişinə görə komandadır. Oyunun hakimliyi ilə bağlı heç bir narazılığım yoxdur. Çox yaxşı hakimlik oldu, briqadadan razıyam. Hazırkı vəziyyətimin səbəbi məğlubiyyətdir. Biz hələ dominantlıq etməyə hazır deyilik. Bunun nəticəsidir ki, komandamın qapısı qarşısında çoxsaylı qol epizodları  yaratdılar. Səhvlərimizin sayı çox oldu”. 


Digər xəbərlər

Xəbər xətti