"Azərbaycan çempionatının liderinə qarşı gərgin oyun keçirdik. “Qarabağ”a qarşı matçda futbolçularımız pis təsir bağışlamadılar. Döyüşən gənclərimizdən razı qaldım. Düşünürəm ki, gələcəkdə bu futbolçular yaxşı oyunlar sərgiləyəcəklər. Həmin gənclərdən Elşən Rzazadə milli komandaya dəvət alıb".
Sportarena.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov deyib. Təcrübəli mütəxəssis Premyer Liqanın XII turunda evdə "Qarabağ"a 0:1 hesablı məğlubiyyəti şərh edib:
"Bizim heyətimiz geniş deyil. Oyun ərzində zədə alan futbolçuları əvəz etməli idim, amma bunun üçün imkanım yoxdur. Biz gələcəyə nikbin baxırıq. Qoyulan qadağa dekabr ayında başa çatacaq. Yaxşı kollektiv qurub, nəticələr əldə edəcəyik. Gənc futbolçulardan narazı deyiləm. Soyunub-geyinmə otağında heç kimi xüsusi fərqləndirmirəm, sadəcə ümumi fikrimi bildirirəm. İstəyim odur ki, 1 oyun yaxşı oynayan kimi başlarını qaldırmasınlar".