"Bu cür hava şəraitində çox sürətli olan rəqibə qarşı ağır oyun keçirdik. "Neftçi"ni təhlil etmişdik, boşluqlarını bilirdik. Oynadıq və cari mövsümdə ilk qələbəmizi qazandıq".
Sportarena.az xəbər verir ki,bu sözləri "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib. O, Topaz Premyer Liqasının XII turunda səfərdə "Neftçi" üzərində qələbəni şərh edib:
"Ümidvaram ki, bu qələbə futbolçularda özünəinam yaradacaq və uğurların davamı gələcək. Futbolçulara minnətdaram və mənə inananlara təşəkkür edirəm. Futbolçuların potensialı var. Sadəcə, ardıcıl məğlubiyyətlərdən sonra futbolçuları motivasiya etmək çətindir. Amma həmin durumdan sonra qazanılan qələbənin davamı gəlir. İndiki qələbə şirin gəlsə də, daha çox sevinməyə imkan vermir. Çünki turnir cədvəlindəki mövqeyimiz yaxşı deyil".