"Kəpəz" fasilədən maksimum yararlanacaq: "təyyarəçilər"lə sınaq

01:46 9 Noyabr 2015

Azərbaycan Premyer Liqasının XII turunda keçirilən AZAL - “Kəpəz” (1:1) oyunundan sonra Gəncə klubunun üzvləri istirahətə buraxılıb. Milli yığmaların oyunları ilə bağlı çempionatda fasilə yarandığından komandaya 3 günlük istirahət verilib.
 
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı göylər” məşqləri noyabrın 11-də bərpa edəcək. Fasilə müddətində “Kəpəz” yoxlama oyunu da keçirəcək.Gəncə təmsilçisi AZAL-la qarşılaşacaq. Razılaşmaya əsasən, yoxlama matçı noyabrın 14-də saat 15:00-da “AZAL Arena”da olacaq. 


Digər xəbərlər

Xəbər xətti