"Bakı"nın sabiq latviyalı futbolçusu Maris Verpakovskis karyerasını başa vurub. Sportarena.az xəbər verir ki, bu, Latviya çempionatının 28-ci turuna təsadüf edib.
"Liepaya"nın şərəfini qoruyan Verpakovskis "Dauqavlis"lə görüşün 52-ci dəqiqəsində meydana daxil olub. Bundan iki dəqiqə sonra hesabı açan meydan sahibləri oyundan 1:0 hesabı ilə qalib ayrılıb. Bununla da, Verpakovskis futbolçu karyerasını rəsmən başa vurub.
Qeyd edək ki, 36 yaşlı futbolçu karyerası ərzində "Bakı" ilə yanaşı, "Baltika", "Metallurq", "Skonto", "Liepaya" (hamısı Latviya), "Dinamo" (Kiyev, Ukrayna), "Hetafe", "Selta Viqo" (İspaniya) və "Erqotelis" (Yunanıstan) klublarında çıxış edib.