AFFA-nın müxtəlif yaş qrupları arasında təşkil etdiyi yarışlarda növbəti turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, “Neftçi”nin bir neçə komandası növbəti qələbəsini qazanıb.
Onlardan diqqətçəkəni "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının formasını geyindiyi "Neftçi"nin U-14 komandasıdır.
Qurbanovun oğlu "Xəzri" ilə qarşılaşmada het-trik edərək komandasına 5:1 hesablı qələbə qazandırıb.