Bakı klubunun oyununa təyinatlar açıqlandı

14:39 9 Noyabr 2015

Qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin cavab görüşlərini idarə edəcək hakimlərin adları açıqlanıb. Sportarena.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası noyabrın 10-da Bakıda keçiriləcək “Azəryol” (Azərbaycan) – “Tarqovitse” (Rumıniya) duelini bolqarıstanlı Lyubomir Sirakova həvalə edib.

 

“Azərreyl” İdman Bazasında, saat 18:00-da başlayacaq qarşılaşmada ikinci hakim funksiyasını isə Kirill Nesterenko (Rusiya) yerinə yetirəcək.

 

Qeyd edək ki, Tarqovitsedə baş tutan ilk qarşılaşmada rumınlar 3:0 hesabı ilə qalib gəliblər.


Digər xəbərlər

Xəbər xətti