19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və Ukrayna yığmalarının oyununa təyinatlar açıqlanıb.
Sportarena.az xəbər verir ki, Bakıda keçiriləcək oyunun baş hakimi Tore Hansen olacaq. Görüş saat 18:00-da başlayacaq.
Baş hakim: Tore Hansen (Norveç)
Köməkçilər: Oystayn Ytterand (Norveç), Nime Nimleyd (Estoniya)
Dördüncü referi: Eiko Saar (Estoniya)