Premyer Liqada XII tur çərçivəsində doğma meydanda "İnter"i qəbul edən "Qəbələ" 1:1 hesablı heç-heçə edib. Sportarena.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk qarşılaşma ilə bağlı bunları deyib:
"Uzun müddətdir olan qələbəsizlik seriyasını ayrı-ayrı araşdırmaq lazımdır. Biz bundan öncəki oyunlarda demişdik ki, hücumun sonlarını gətirə bilmirik. "Borussiya" ilə məğlubiyyət isə bu qəbildən deyil. Bu gün biz “İnter”dən tam üstün oynamadıq. Yaxşı rəqibə qarşı oynadıq, güclü kollektivi, yaxşı baş məşqçisi olan rəqiblə mübarizə apardıq. Sözsüz, xal itirmək xoş deyil. Bizim komandada aqressivlik çatmadı".