"Komandanın oyunundan razı qaldım. Bütün çətinliklərə, zədələrə baxmayaraq, yaxşı futbol sərgilədik. Oyundan öncə Mirhüseyn və Nika zədə aldılar".
Sportarena.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib. Gürcü mütəxəssis Topaz Premyer Liqasının XII turunda "Qəbələ" ilə səfər heç-heçəsini (1:1) şərh edib:
"Qeyd etməliyəm ki, qələbə də qazana bilərdik. Maddi problemlərin fonunda komandanı oyuna hazırlamaq çətindir. Amma bizim oyunçular peşəkardırlar. Onlar bizə meydançada çox kömək edirlər".
Svanadze zədəli Rauf Əliyevin durumu haqda danışıb: "Zədəli oyunçularımızdan Rauf Əliyev Almaniyadan qayıdıb. Hücumçu bərpa prosesinin ilk mərhələsindədir. Onun yaşıl meydançalara qayıtması üçün 3-4 ay vaxt lazımdır".