Azərbaycanlı hakimlərin işinə erməni qiymət verəcək

11:27 10 Noyabr 2015

FİFA dərəcəli hakimimiz Orxan Məmmədov 21 yaşlılar arasında Avropa çempionatı seçmə mərhələsində Xorvatiya - San-Marino matçını idarə edəcək.

 

Sportarena.az xəbər verir ki, bu matçın hakim-inspektoru erməni Gevorg Hovhannisyan təyin edilib.

 

Bu matçda Orxan Məmmədova yan xətt hakimləri Vaqif Musayev və Yaşar Abbasov kömək edəcək. 4-cü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək.


Digər xəbərlər

Xəbər xətti