"Qəbələ"yə transferi Zetsin milliyə yolunu necə bağladı?

12:48 10 Noyabr 2015

"Qəbələ"nin hücumçusu Ermin Zets Bosniya və Herseqovina millisindən kənarlaşdırılıb. Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Mehmed Bajdareviç "Avro-2016"nın İrlandiya ilə pely-of oyunlarında 27 yaşlı forvardın xidmətindən yararlanmayacaq.

 

Çox güman ki, mütəxəssis bu addımı Zetsin "Qəbələ"də əsas heyətə düşə bilməməsi ilə əlaqədar atıb. Belə ki, Roman Qriqorçuk ehtiyat oyunçular skamyasına məhkum etdiyi Zets oyun praktikasından əziyyət çəkir. Buna görə də təcrübəli futbolçu milliyə lazım olmayıb.

 

Qeyd edək ki, Bosniya və Herseqovina ilə İrlandiya arasında ilk matç noyabrın 13-də baş tutacaq. Həmin görüşə çağırılan 25 oyunçu arasında ölkəmizdə çıxış edən digər legioner – “Qarabağ”ın qapıçısı İbrahim Şehiç də yer alıb.


Digər xəbərlər

Xəbər xətti