İspaniyanın "Eybar" klubunun yarımmüdafiəçisi Eddi İsrafilovun Azərbaycan yığmasının Moldova ilə yoxlama oyununa dəvət almamasının səbəbi müəyyənləşib. Sportarena.az "azerisport.com"a istinadən xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki ona da dəvət göndərib.
Amma La Liqa klubu xorvatiyalı mütəxəssisdən bu dəfə xavbeki yığmaya çağırmamağı xahiş edib. "Eybar" rəsmiləri bunu onunla izah ediblər ki, fasilə dövründə yoxlama oyunu keçirmək fikrindədirlər və Eddi də bu görüşdə onlara lazımdır.
İspaniya klubunun bu istəyini nəzərə alan Prosineçki Eddinin adını Moldova ilə görüşə dəvət etdiyi futbolçuların siyahısından çıxarıb.