Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportarena.az xəbər verir ki, iclasda Premyer Liqanın son turunun oyunları ilə bağlı aşağıdakı qərar qəbul olunub.
Topaz Premyer Liqasının XII turunun AZAL – "Kəpəz" matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.