İntizam Komitəsinin bu günkü iclasında I Divizionun VIII turunun oyunlarında baş verən qayda pozuntuları da müzakirə olunub.
Sportarena.az xəbər verir ki, MOİK – "Bakılı" matçında "hərbçilər"in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Bundan başqa, oyunun 54-cü dəqiqəsində "Bakılı" klubunun 19 №-li futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılmasından sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.
Oyunun 79-cu dəqiqəsində MOİK klubunun klubunun baş məşqçisi Adilov Şamil texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
"Şahdağ" – "Mil-Muğan" matçında "Şahdağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.