"Zirə"nin hücumçusu Nelson Bonilya Salvador yığmasına dəvət alıb.
Sportarena.az xəbər verir ki, o, bununla əlaqədər ötən gün ölkəsinə yola düşüb. Salvador milli komandası DÇ-2018-ə vəsiqə uğrunda Meksika ilə qarşılaşacaq.
Qeyd edək ki, Mexsika – Salvador qarşılaşması noyabrın 14-də Mexikoda keçiriləcək.