"Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa çalışacağıq" - İbrahim Şehiç

19:19 10 Noyabr 2015

"İrlandiya ilə oyun bizim üçün çox çətin olacaq. Bu komanda qrupda birgə çıxış etdiyimiz Uels yığmasına bənzəyir. Fikrimcə, məşqçilər korpusu rəqibi yaxşı analiz ediblər. Bir neçə il öncə İrlandiyaya qarşı keçirdiyimiz oyunu da yaxşı xatırlayıram. Onlara qarşı oynamağın necə olduğunu bilirik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Bosniya və Herseqovina yığması və "Qarabağ"ın qapıçısı İbrahim Şehiç deyib. AÇ-2016-ya vəsiqə uğrunda İrlandiyaya qarşı keçirəcəkləri ilk pley-off oyunu öncəsi fikirlərini bölüşüb. Təcrübəli qolkiper ölkəsinin mətbuatına açıqlamasında "Qarabağ"la birgə avrokuboklardakı çıxışından da söz açıb:

 

"Biz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirdik. Bunu hamı arzulayırdı. Amma Avropa Liqasında çıxış etmək məcburiyyətində qaldıq. Növbəti mövsümdə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa çalışacağıq. Ardıcıl ikinci il Avroliqanın qrup mərhələsində oynamaq da önəmlidir. Güclü qrupa düşmüşük. Növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparırıq".


Digər xəbərlər

Xəbər xətti