"Azəryol" 1/8 finalda!

21:35 10 Noyabr 2015

Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsinə yüksəlib.

Noyabrın 10-da Azərbaycan Voleybol Mərkəzində turnirin onaltıdabir final mərhələsinin cavab oyunları çərçivəsində Bakı təmsilçisi Rumıniyanın “Tarqoviste” klubunu qəbul edib.

Bolqarıstanlı baş hakim Lyubomir Sirakovun idarə etdiyi oyunda “Azəryol” komandası ilk setdə hər iki texniki fasiləyə məğlub yollansa da, əzmkarlıq nümayiş etdirərək 25:23 hesabı ilə üstün olub. Görüşün ikinci seti də “Azəryol” komandasının üstünlüyü ilə yekunlaşıb – 25:23. Üçüncü set də Bakı təmsilçisinin 25:17 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, görüşdə “Azəryol” 3:0 hesabı ilə qalib gəlib.

Rumıniyada keçirilən ilk görüşdə “Tarqoviste” 3:2 hesabı ilə qalib gəldiyi üçün növbəti mərhələyə adlayan komandanın müəyyənləşməsi üçün “Qızıl set” oynanılıb. Həlledici setdə rəqibini 15:13 hesabı ilə məğlub edən “Azəryol” növbəti mərhələyə adlayıb. 


Digər xəbərlər

Xəbər xətti