Ukrayna millisinin baş məşqçisi: "Azərbaycan yığması bu hesabla uduzmağa layiq deyildi"

23:17 10 Noyabr 2015

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün keçirilmiş Ukrayna – Azərbaycan oyunundan sonra ukraynalıların baş məşqçisi açıqlama verib.
Sportarena.az xəbər verir ki,  Oleq Kuznetsov bu fikirləri səsləndirib:
  “Belə turnirlərdə ilk oyun hər zaman çətin keçir. Çünki rəqibinin necə oynayacağını bilmirsən. Xüsusilə, birinci  oyunda meydan sahibi ilə qarşılaşmaq ikiqat çətin olur. 4:0 hesabı ilə qalib gəlsək də, oyunumuzdan razı qalmadım. Birinci hissədə futbolçular həyəcanlı idi. Açığı, Azərbaycan yığması bu hesabla uduzmağa layiq deyildi. Nəticə oyuna görə olmadı. Sadəcə, rəqibimiz birinci qolu buraxdıqdan sonra hücuma çox aludə olduğundan, müdafiədə boşluqlar verdi və biz də bundan istifadə etdik. İndidən hansı komandanın mərhələ adlayacağını proqnozlaşdırmaq mümkün deyil. Məğlub olmasına baxmayaraq, Azərbaycan millisinin də elit-raunda yüksəlmək şansı var”.


Digər xəbərlər

Xəbər xətti