Premyer Liqasının lideri "Qarabağ" sabah yenidən bir araya gələcək.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, milli komandalarımızın oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə səbəbindən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 12-ci turda "Xəzər Lənkəran"la baş tutmuş oyundan (1:0) sonra komandaya istirahət verib.
Üç günlük istirahətdən sonra Ağdam təmsilçisi sabahdan "Kəpəz"lə oyunun hazırlıqlarına başlayacaq.
Qeyd edək ki, Premyer Liqanın 13-cü turunda baş tutacaq "Qarabağ" - "Kəpəz" oyunu noyabrın 21-də keçiriləcək.