Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Moldova ilə noyabrın 17-də baş tutacaq yoldaşlıq görüşündən öncə media nümayəndələri üçün brifinq keçirəcək. Sportarena.az xəbər verir ki, noyabrın 13-də, saat 16:00-da, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda millinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək.
Məşqdən öncə Prosineçkinin jurnalistlərlə görüşü nəzərdə tutulub. Xorvatiyalı məşqçidən əlavə, yığmanın bir neçə futbolçusunun da brifinqi təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan – Moldova matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.