Millimizlə oyun öncəsi Almaniyada ciddi itki

14:18 11 Noyabr 2015

"Borussiya"nın yarımmüdafiəçisi Yulian Vayql 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçiriləcək Azərbaycanla oyunda ölkəsinin yığmasına kömək edə bilməyəcək. Sportarena.az xəbər verir ki, buna səbəb onun zədədən əziyyət çəkməsidir.

 

Gənc futbolçunun ən yaxşı halda Almaniya yığmasına seçmə mərhələnin noyabrın 17-də keçiriləcək Avstriya ilə görüşündə kömək etməsi gözlənilir.

 

Qeyd edək ki, Almaniya - Azərbaycan matçı noyabrın 13-də Regensburqdakı "Kontinental Arena"da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti