"Kəpəz"in yarımmüdafiəçisi Dario Junior Federiko vətəni Braziliyaya yollanıb. Sportarena.az xəbər verir ki, Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində AZAL-la səfər oyununda zədələnən futbolçu ölkəsində əməliyyat olunacaq.
Noyabrın 16-da əməliyyat masasına uzanacaq Darionun təxminən bir ay bərpa kursu keçməsi nəzərdə tutulub.