Qazaxıstanın "Aktobe" klubu yüksəködənişli futbolçularını transferə çıxarıb.
Sportarena.az xəbər verir ki, belə qərar klub rəhbərliyinin dünən keçirilən toplantısında qəbul olunub. Komandada yaşanan maliyyə böhranını nəzərə alan rəhbərlik növbəti mövsüm üçün büdcəni azaltmağa qərar verib. Klubla müqaviləsi bitən futbolçular da artıq komanda ilə əlaqəsini kəsib.
Qeyd edək ki, bu mövsüm 3-cü pilləni tutan "Aktobe" Avropa Liqasında iştirak etmək hüququ qazanıb.