Klubumuz "Fənərbaxça"nın qonağı olacaq

16:33 11 Noyabr 2015

Bakının qadınlardan ibarət “Telekom” voleybol klubu Çempionlar Liqası yarışlarında ikinci oyununu bu gün səfərdə keçirəcək.

Sportarena.az xəbər verir ki, İstanbulda Burhan Felek Voleybol Salonunda “Telekom” yerli “Fənərbaxça” komandasının qonağı olacaq. Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən qarşılaşmaya avstriyalı Harald Soca və serbiyalı Ancelko Popoviç təyinat alıblar.

Çempionlar Liqası yarışlarının “E” qrupunda “Telekom” və “Fənərbaxça” komandaları ilə yanaşı, “İmpel” (Polşa) və “Drezdner” (Almaniya) kollektivləri də mübarizə aparır. 


Digər xəbərlər

Xəbər xətti