"Xəcalət çəkirəm, Bakıda yalnız qələbə qazanmalıyıq"

19:17 11 Noyabr 2015

"Millimizin sonuncu dəfə nə vaxt qalib gəldiyini xatırlamıram".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Moldova yığmasının futbolçusu İqor Armaş deyib. Rusiyanın "Kuban" klubunda çıxış edən 28 yaşlı müdafiəçi noyabrın 17-də Azərbaycanla matçda qələbə qazanmağın vacibliyini qeyd edib:

 

"Artıq qələbə qazanmağın vaxtı çatıb. Baş verənləri müşahidə etməkdən xəcalət çəkirəm. Lakin mentalitetimizi dəyişməyə məcburuq. Onda nəticələr özünü çox gözlətməyəcək. Növbəti oyunumuz Bakıda Azərbaycan millisinə qarşı olacaq. Bu görüşdə yalnız qələbə qazanmalıyıq".


Digər xəbərlər

Xəbər xətti