"Bavariya"nın futbolçuları Aryen Robben və Robert Levandovski arasında gərginlik yaşanıb.
Sportarena.az xəbər verir ki, mübahisə komandanın son məşqində baş verib.Məşq zamanı Levandovski Robbenin üzərinə qışqıraraq onu eqoist adlandırıb. Bundan sonra tərəflər arasında kiçik mübahisə yaşanıb. Lakin digər futbolçuların müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.
"Bavariya"nın idman direktoru Matias Zammer baş verən insidentlə bağlı bunları deyib: "Futbolçular bəzən əsəbiləşə bilər. Burada heç bir problem görmürəm. Düşünün, mənim futbolçu karyeramda nə qədər belə vəziyyətlərim olub".