21 yaşlılardan ibarət milli komandaların Avropa çempionatının seçmə mərhələsində Xorvatiya San-Marinonu 4:0 hesabı ilə darmadağın edib.
Sportarena.az xəbər verir ki, bu matçı FİFA dərəcəli hakimimiz Orxan Məmmədov idarə edib. Məmmədov bu matçda 22 qayda pozuntusu qeydə alıb və yeganə sarı vərəqəni san-marinolu Bernardiyə göstərib.