"Bavariya" "Mançester Yunayted"in "radar"ında olan Tomas Mülleri komandada saxlamaq üçün bütün səylərini səfərbər edib. Sportarena.az xəbər verir ki, Münhen klubu ulduz futbolçunu İngiltərəyə buraxmamaq üçün ona yeni müqavilə təklif etməyə hazırlaşır.
"Pivəçilər" Almaniya millisinin hücumçusunun kontrakt şərtlərini yaxşılaşdırmaqla, onun "Mançester Yunayted"də gələn sərfəli təklifə "yox" deməsinə nail olmaq niyyətindədi.