"Moldova ilə oyun bizim üçün çox önəmlidir. Bizə yalnız qələbə lazımdır".
Sportarena.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Ruslan Abışov deyib. Moldova mətbuatına danışan təcrübəli müdafiəçi matçın Bakı Olimpiya stadionuna salınmasına da münasibət bildirib:
"Matçın Bakı Olimpiya stadionunda keçirilməsi ilə bağlı qərarı AFFA verib. Biz futbolçular bunu müzakirə etməməliyik. Harada lazımdırsa, orada da oynamalıyıq".
Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Moldova oyunu saat 21:00-da başlayacaq.