"Neftçi" U-19 komandasına texniki məğlubiyyət verilməsi ilə bağlı mətbuatda dolaşan xəbərlərə münasibət bildirib. Sportarena.az xəbər verir ki, rəsmi sayt vasitəsilə bəyanat yayan paytaxt klubu məlumatları təkzib edib:
"Son günlərdə bəzi KİV-də 04.11.2015-ci il tarixdə U-19 Liqasının 5-ci turu çərçivəsində keçirilmiş "Neftçi" - "Xəzər Lənkəran" matçında komandamıza texniki məğlubiyyətin verildiyi haqqında məlumat yayılıb. Bildiririk ki, bu informasiya həqiqəti əks etdirmir. 04.11.2015-ci il tarixində "Neftçi"nin 19 yaşadək futbolçulardan ibarət komandası səfərdə AZAL klubu ilə qarşılaşıb və görüş 0:2 hesabı ilə başa çatıb. "Neftçi" PFK olaraq KİV-dən belə informasiyaları yayarkən daha diqqətli olmağı xahiş edirik".