ŞOK! Millinin sabiq üzvü 32 yaşında dünyasını dəyişdi

18:47 12 Noyabr 2015

Macarıstan millisinin sabiq üzvü Marton Fulop dünyasını dəyişib. Sportarena.az xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən qapıçı 32 yaşında vəfat edib.

 

2013-cü ildə qolunda xəstəlik aşkarlanan qolkiper əməliyyat olunmuşdu. Sonradan vəziyyəti yenə pisləşən Fulop müalicə kursuna başlasa da, bu, heç bir effekt verməyib.

 

Qeyd edək ki, 2005/11-ci illərdə Macarıstan millisinin qapısını qoruyan Fulop İngiltərədə "Mançester Siti" və "Sanderlend"in də formalarını geyib.


Digər xəbərlər

Xəbər xətti