Cüdoçularımızın rəqibləri bəlli oldu

21:07 12 Noyabr 2015

Noyabrın 13-14-də Avstraliyanın Vullonqonq şəhərində keçiriləcək açıq Okeaniya kuboku yarışlarında iştirak edəcək cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Reytinq xarakteri daşıyan turnirdə Oruc Vəlizadə (60kq) Tom Şmidt (Lüksemburq), Tərlan Kərimov (66kq) Lyuis Kibli (Böyük Britaniya) - Vinsent Konstanço (Avstraliya) cütünün qalibi, İsmayıl Piriyev (73 kq) islandiyalı Hermann Unnarson, Fəqan Quluzadə (73 kq) Şri-Lanka təmsilçisi Çamara Dharmavardene, Hüseyn Rəhimli (81kq) Ouen Livesi (Böyük Britaniya), Abdulhaqq Rasullu (81 kq) Emirhan Yusel (Türkiyə) - Rayan Cefferi (Yeni Zelandiya) cütünün qalibi, Məmmədəli Mehdiyev (90 kq) Mark Brever (Yeni Zelandiya) - Tomas Karpa (ABŞ) cütünün qalibi, Rüstəm Alimli (90 kq) kanadalı Yoan Bert, Uşanqi Kokauri (100 kq-dan yuxarı) avstraliyalı Liam Park, Aişə Qurbanlı (48 kq) Ze Ham Çenq (Honkonq) və Xanım Hüseynova (63 kq) isə Sandrin Bille (Belçika) - Heydi Payt (Avstraliya) cütünün qalibi ilə qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti