Şota Arveladzenin istefasından sonra "Trabzonspor" klubu baş məşqçi axtarışlarını davam etdirir.
Sportarena.az xəbər verir ki, namizədlər arasında "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli də var.
Təcrübəli mütəxəssislə klubun hazırkı prezidenti İbrahim Hacıosmanoğlu görüşüb və ona 1,5 illik müqavilə təklif edib. Amma bunun üçün ilk öncə Hacıosmanoğlu yenidən keçiriləcək prezident seçkilərində qalib olmalıdı. O, təkrarən başqan seçiləcəyi halda Mustafa Dənizli "Trabzonspor"un başına keçəcək.
Qeyd edək ki, türkiyəli çalışdırıcının baş məşqçi kimi son iş yeri məhz "Xəzər Lənkəran" olub.