"Avro-2017"nin seçmə mərhələsində U-21 yığmamızın rəqibi olan Rusiya millisi növbəti matçını keçirib. Sportarena.az xəbər verir ki, şimal qonşumuz öz meydanında Farer adaları ilə üz-üzə gəlib.
Matç 2:0 hesabı ilə Rusiya millisinin xeyrinə başa çatıb. Görüşdə hesabı əslən azərbaycanlı futbolçu Ramil Şeydayev açıb. O, 54-cü dəqiqədə fərqlənib. Şeydayevi 71-ci dəqiqədə Andrey Panyukov əvəzləyib ki, adı çəkilən futbolçu meydana daxil olduqdan 6 dəqiqə sonra fərqi artırıb.
Qeyd edək ki, bu, Rusiya yığmasının seçmə mərhələdə ilk qələbəsi olub.