Bu videodan sonra Xaqani Məmmədov getməsə, deməli, Rövnəq Abdullayev yenə aldadılır" - Anar Salmanov

16:15 13 Noyabr 2015

Sabiq FİFA referisi Anar Salmanov Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla bağlı şok görüntülərin yayılmasına münasibət bildirib. Sportarena.az-a danışan keçmiş hakim bunları söyləyib:

 

"Səhər tezdən bu xəbəri eşidəndə, özüm şoka düşdüm. Çünki bu məsələ ilə bağlı mən açıqlama vermişdim ki, bu barədə məlumat məndə var. Bildirmişdim ki, mətbuat konfransında özüm bunu açıqlayacam. Videonu görəndə özüm də təəccübləndim ki, bu faktı hardan əldə ediblər. Dəhşətə gəldim. Axır-əvvəl özüm bunu üzə çıxaracaqdım. Amma videonu görəndə, təəccübləndim ki, bu diski kim verib, hardan əldə ediblər. Yenə deyirəm, bu gün həmin videonu verməsəydilər, sabah Anar Salmanov onu üzə çıxardacaqdı. Bu, faktdı. Artıq hamı - Azərbaycan xalqı, Rövnəq Abdullayev gördü ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov kimdi.

 

Məmmədovun əməlinin cinayət işi olduğunu söyləyən Salmanov PFL prezidenti Ramin Musayevin HK sədrini istefa verməyə məcbur etməli olduğunu vurğulayıb: "Bunu mən neçə ay idi, boş-boşuna demirdim. Deyərdim ki, bu, cinayət işidir. HK sədri bu gün ərizəsini yazıb, futbol aləmindən itməlidir. Onu Ramin Musayev buna məcbur etməlidir. Çünki Xaqani Məmmədov Ramin Musayevin kadrıdır. Hakimlər Komitəsi bu gün sırf PFL-dən asılı olan qurumdur. Gəlin, bunu nə Elxan Məmmədovdan, nə də AFFA-nın prezidentindən tələb edək. Ya Ramin Musayev, ya da HK bu haqda açıqlama yaymalı, Rövnəq müəllim də qərarını verməlidir. Mən bu diski yalnız PFL-in prezidentinə təqdim etmişəm. Əgər o, bu haqda Rövnəq müəllimə heç nə deməyibsə, açıqlama verməyibsə, deməli, AFFA prezidenti yenə də aldadılır".

 

Keçmiş referinin fikrincə, Xaqani Məmmədov bu videodan sonra da postunda qalsa, deməli, ortada başqa oyunlar gedir: "Mən hələ təkcə bu faktı deyirəm. Görün,hələ nə qədər faktlar Rövnəq Abdullayevdən gizlədilir. Bu videonun ortaya çıxmağı bütün söz-söhbətlərin üstündən xətt çəkdi. Göründü ki, istər İmanxan Sultanisi, istər Babək Quliyevi, istərsə də Anar Salmanovu heç bir fakt olmadan hakimlikdən uzaqlaşdırılıblar. Bu isə faktdır. PFL prezidenti, HK sədri, sizdən bütün Azərbaycan və Anar Salmanov cavab gözləyir. Bu qədər həngamədən sonra Xaqani Məmmədov getməsə, deməli, Ramin Musayev də onunla əlbirdir və onlar bir-birilərinin cinayətlərini ört-basdır edirlər. Azərbaycan Resublikasının prezidenti cənab İlham Əliyev idmana çox böyük qayğı göstərir. Əgər bu gün cənab prezident bu haqda islahatlar aparırsa, mən inanmıram ki, Xaqani Məmmədovun əməli cavabsız qalsın. Rövnəq Abdullayev bu məsələ ilə bağlı yüz faiz qərar verməlidir. Çünki kiçik bir şey deyil. Biz hər birimiz UEFA referisi kimi Azərbaycanı, onun bayrağını beynəlxalq oyunlarda təmsil edirik. Ancaq görün, bu şəxs videoda da göründüyü kimi bayrağımızı necə yerə vurur. Azərbaycanın şərəf və ləyaqətini necə ayaqlar altına atır. Bu, birinci Azərbaycan bayrağını, ikinci özünü, üçüncü də UEFA-nı təmsil edir. Görün, Xaqani Məmmədov kimdi. 2001-dəona görə çempionat dayanıb. 2005-də Akstafa-Bakı qatarında nə oyunlardan çıxıb. 3 dəfə hakimlikdən qovulub. Bu, necə Hakimlər Komitəsinin sədri işləyir. Neçə ailənin çörəyinə bais olan Xaqani Məmmədovi gec-tez onların duaları, qarğışları tutmalı idi. Sən Azərbaycan futbolunun ləkəsisən, Xaqani Məmmədov".

 

Salmanov qalmaqallı videoda görüntüləri olan Asim Xudiyevin bu məsələ ilə əlaqəsi olmadığını bildirib: "Xahiş edirəm ki, Asim Xudiyevi bu məsələyə qatmayaq. Bəli, həmin oyunun baş hakimi Xudiyev olub. Biz onu alqışlamalıyıq ki, Xaqani Məmmədovla Ramiz Əsədovun təklifini yerinə yetirməyib. Öz bildiyi kimi hakimlik edib, oyunu da yaxşı idarə eləyib. Asim Xudiyevin bu məsələdə heç bir günahı yoxdur".


Digər xəbərlər

Xəbər xətti