Nazim Süleymanov daha bir futbolçunu yığmadan kənarlaşdırdı

17:03 13 Noyabr 2015

"Xəzər Lənkəran" klubunun hücumçusu Elnur Cəfərov Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasından kənarlaşdırılıb. Sportarena.az xəbər verir ki, bu barədə "Report"a millinin baş məşqçisi Nazim Süleymanov bildirib.

 

Onun sözlərinə görə, səbəb 18 yaşlı forvardın Türkiyə yığması ilə AVRO-2016-nın seçmə qrup matçında etdiyi intizamsızlıq səbəb olub: "Elnur "fair-play"a əməl etməyərək, iki komandanın futbolçuları arasında münaqişəyə səbəb oldu. Bunun nəticəsində ikinci sarı vərəqəni aldı və gələn oyunda oynamayacaq. Onu gündəlik ödənişdən məhrum etdim və göndərdim".


Digər xəbərlər

Xəbər xətti