"Moldova ilə oyunda da əlimizdən gələni edəcəyik" - Kamran Ağayev

17:19 13 Noyabr 2015

“Yoldaşlıq oyunu olsa da, Moldova ilə matça adi gözlə baxmırıq. Bizim üçün önəmli görüşdü”.

 

Sportarena.az xəbər verir ki, bunu yığma komandamızın qapıçısı Kamran Ağayev deyib. Milli komandamız noyabrın 17-də yoldaşlıq görüşü çərçivəsində Moldova ilə üz-üzə gələcək. Qarşılaşma ilə bağlı jurnalistlərə açıqlama verən Ağayev oyuna ciddi hazırlaşdıqlarını söyləyib:

 

“2-3 gündü millinin düşərgəsində toplanışdayıq. Heyətdə kimlərin olmasının bir fərqi yoxdu. Yenə həmin əhval-ruhiyyədəyik. Motivasiyamız aşağı deyil. Yığmaya hamı özünü göstərməyə gəlir. Qarşıdakı oyunda da əlimizdən gələni edəcəyik. Hansı vəziyyətdə olduğumuz bu qarşılaşmada bəlli olacaq. Bütün uşaqlar əllərindən gələni etməlidilər. Ümumiyyətlə, millinin hər bir oyununda öz gücünü ortaya qoymalısan. Çünki hər bir oyun reytinqə təsir edir”.

 

Qeyd edək ki, Azərbaycan – Moldova oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti